Daima içkili vəziyyətdən çıxış- müalicənin ilk mərhələsidir.

Lakin, detoksikasiya  yalnız uzunmüddətli müalicənin başlanğıc mərhələsi kimi qəbul edilməlidir. Çünki, alkoqolizm demək olar ki, insanın bütün orqanlarına dağıdıcı təsir göstərir. Spirtli içkiyə qurşandıqda asılılıq özünü daha çox göstərir. Belə günlərdə alkoqol insana zövq üçün yox, xəstənin hesab etdiyi ağır taleyini yüngülləşdirmək üçündür. Belə vəziyyətdə alkoqolik vəziyyətin adekvat qiymətləndirməsi qabiliyyətini itirir. Buna görədə bu vəziyyətdən öz gücü ilə çıxmaq çox çətindir. İçki içən şəxsə səmərəli yardım göstərmək üçün, narkoloqa müraciət etmək daha yaxşıdır. Bu xəstəliyin müalicəsində bir sıra preparatlardan istifadə olunur.

Mərkəzdə alkoqolizmin kodlaşdırmanın müalicəsi:  

Mərkəzimizdə narkomaniyanın və alkoqolizmin səmərəli müalicəsi o, cümlədən ev şəraitində bu vəziyyətdən çıxıb reabilitasiya yolları göstərilir. Alkoqolizmin müalicəsi uzun müddətli bir prossesdir. Alkoqolizmə qarşı kodlaşdırma mərkəzlərinə müraciət edərək insanlar bir möcüzəyə ümid edirlər və ani bərpa etməyi gözləyirlər. Lakin, kodlaşdırmanın aşağı effektivliyi artıq mütəxəssislər tərəfindən sübuta yetirilmişdir. Mərkəzimizdə reabilitasiya proqramının keçməsi narkotik və alkoqolizmin müalicəsində daha sabit nəticələr əldə etməyə imkan verir. Daim  içkili vəziyyətdən çıxmaq müalicənin ilk addımı kimi, qəbul etmək olar və biz sizə əsas məqsədə nail olmaq üçün alkoqolizmin məğlubiyyətinə və yeni bir həyat qurmağa kömək edəcəyik.