Narkotik asılılığının reabilitasiya proqramı

Reabilitasiya normal həyata tədricən qayıtmaqdır. Asılı insan bunun zəruriliyini anladıqda reabilitasiya daha uğurlu olur.

Narkomanlar üçün reabilitasiya mərkəzin unikal metodologiyası.

Narkomanlar üçün reabilitasiya proqramı bir çox ixtisaslaşdırılmış klinikada istifadə olunan sübut olunmuş texnikaya əsaslanır. Bütün dünyada mütəxəssislər onun effektivliyini təsdiqləyirlər.

Metodoloji baxımından bərpa prosesi dörd mərhələdən ibarətdir:

•        Pre-reabilitasiya mərhələsi;

•       Abstinent sindromunun çəkilməsi;

•       Atasionar müalicə;

•      Sosial uyğunlaşma;

 Reabilitasiya başlanğıcı

Narkomaniya və alkoqolizmin müalicəsi iynə və darman qəbulu ilə başlamır. Asılı insan həmişə xəstəliyini dərk etmir. Buna görə mərkəzin işçiləri onu başa düşməyə kömək edir və normal bir həyat yaratmaq üçün motivasiya təşkil edirlər. Profilaktik işin müddəti 1 həftədən 2 həftəyə qədər davam edir. Alkoqoliklərin və narkomanların bərpasının ikinci mərhələsi “Detoksika”-siya. Abstinent sindromun çəkilməsi 14 gündən çox davam edir. Bu dövrdə dərman vasitəsi ilə kəskin ağrıların simptomlarını aradan qaldırırlar. Toksinlərin bədəndən çıxarıldıqdan sonra müalicə stasionar şəkildə davam edir. Mərkəzdə xəstələr 6 ay alkoqolsuz və narkotiksiz yaşamağı öyrənirlər. Bunun üçün onlara bütün şərait yaradılıb. Psixoloqlar xəstələrlə işləyirlər. Fərdi və ya qruplarla. Onlar üçün “Art-terapiya”, “Geştalt terapiya” kinezioterapiya məşğələləri təşkil olunur. Narkomanların reabilitasiya üsulu şəxsiyyətin bərpasına, diqqətin, anlayışın və məsuliyyət hissinin inkişaf etdirilməsinə yönəldilib. Xəstələr bərabər bərabərə terapevtik icmalarına qatılır və kimyəvi maddələrsiz həyatdan zövq ala bilirlər.

Müalicənin sonu

Narkomanların sosial reabilitasiyası tam müalicə üçün vacibdir. Bu altı ay davam edən reabilitasiyanın son mərhələsidir. Bu dövrdə insan digər insanlarla əlaqə qurmağı öyrənir, bacarıqlarını müəyyənləşdirir və yaradıcılıq potensialını inkişaf etdirir. Xəstə ayıq bir görünüşlə dünyaya baxır. Onun üçün nə vacib olduğunu və həyatını nəyə həsr etmək istədiyini müəyyən edir. Bu dövr yeni bir yolun başlanğıcıdır. Mərkəz narkotik asılılığının sosial reabilitasiyası üçün hər cür səy göstərir. Narkomaniyadan xilas olmuş pasiyentlər digər xəstələrə yardım etmək üçün mərkəzimizdə iş tapa bilir. Mərkəzin əməkdaşı olmaq üçün mərkəzdə  məktəbin məzunu olmalıdır. Narkomanlar üçün reabilitasiya proqramı yalnız asılılıq müalicəsi fəaliyyətimizin standart kompleksi deyildir. Mərkəz sağlam bir insan olma şəxsiyyət hiss etmə və yeni  həyat qurma üçün nadir bir fürsət verir.