Salam adım Kənandır 30 yaşım var mən asılıyam. 9 il narkotik qəbul etmişəm , istəyirəm sizə özüm haqqında və narkomaniyanın müalicəsi haqqında məlumat verim. Mən Reablitasiyaya getməmişdən əvvəl dəfələrlə özüm bu bəladan qurtulmağa çalışdım və təəssüflər olsun ki, hər dəfəsində xəstəlik mənə qalib gəldi. Bir neçə dəfə detoksda oldum kapsula tikildi və yenədə bunların heç birinin müsbət nəticəsi olmadı. Çünki detoks yalnız fiziki ağrıları aradan qaldırır və mənə detoksdan sonra psixoloji müalicə olmadığına görə məndə srıv olurdu. Psixoloji mualicə yalnız reabilitasiya və qrupların köməyi ilə olur.  22.05.2016 ci il tarixində mən reabilitasiyaya getdim. Reabilitasiyadan əvvəl mən ümidsiz bir halda yaşayırdım nə arzularım nədə ki xəyallarım var idi, narkotik bunların hamısını məndən almışdı. Heç vaxt inanmazdım ki, məndə nə vaxtsa normal insanlar kimi yaşayacam. Reabilitasiya mənə həyatda düzgün yaşamağı və asılılıq xəstəliyi ilə necə mübarizə aparmağı öyrətdi. ALLAHA çox Şükür mən reabilitasiya proqramını keçdim. Proqramı bitirdikdən sonra həmin mərkəzdə 1 il kimyəvi asılılıq məsləhətçisi işlədim. Bugünkü gün mən özümü xoşbəxt hiss edirəm. Mənim ailəm mənə güvənir etibar edir. Halbuki mən narkotik qəbul edən müddətdə bunların heçbiri yox idi. Mən 2 il 5 aydır ki spirtli içki və narkotikdən istifadə etmirəm. Əgər sizində ailənizdə narkomaniya və alkoqolizimlə bağlı probleminiz varsa bizə müraciət edə bilərsiniz…