
Siqaret çəkmə-həyat tərzidir
Birincisi-vərdişləri tərk etmək sayıldığı kimi çox vaxt asan olmur.
İkincisi-siqaret çəkmə sadəcə olaraq vərdiş deyil, narkotik aslılığın müəyyən formasıdır.
Siqaretin çəkilməsində onu qutudan çıxarılması, dodağa qoyulması, yandırılması, tüstüsünün udulması, külünün silkələnərək tökülməsinə və kül qabıya basılaraq söndürülməsinə qədər olan hərəkətlər bir davranış tərzinə çevrilir. Bu davranışların tez-tez təkrarı ruhi gərginlik, psixoloji narahatlıqlardan uzaq qalmaq üçün get-gedə bir vərdiş formasını alır. Uzun sürən və tez-tez təkrarlanan bu vərdiş demək olar ki, bir adətə çevrilir.
Siqaretin tərkibində olan nikotinin insan beyninə təsirindən maddələr arasında üzvi bağlantı yaranır. Beləcə siqaretin dodağa qoyulması ilə başlayan hadisə maddə (nikotin) bağlılığı (aslılığı) halını alır. Bu aslılıq tədricən daha da möhkəmlənir, çünki siqaret çəkilməsi dayandıqda narahatlıq, yuxusuzluq, iştahsızlıq, gərginlik və s. hissiyatlar başlayır. Yəni özünü normal hiss etmək üçün siqaret çəkilməyə ehtiyac duyulur.
Alimlərin hesablamalarına görə siqaret tüstüsündə 4000-ə yaxın zərərli birləşmə vardır ki, onların da ən təhlükəli olanları nikotin, karbon monoksit, anabazin, amiak, aseton, benzol, metanol, dimetilamin, butilamin, piridin birləşmələri, formaldehid, benzipiren, dibenzipiren və s.