Alkoqol tərkibində etil spirti olan və içildiyi zaman insana müvəqqəti kef və sərxoşluq verən,eyni zamanda vücuda zərərli təsir edən,bir çoxlarında vərdişə çevrilən içkilərdəndir.İçkisiz dura bilməyənlərə (vərdiş edənlərə) ,bədən və ruhi-mənəvi sağlamlığını,ailə,sosial və iş həyatını pozacaq dərəcədə içki qəbul edənlərə alkoqolik deyilir.İçkinin bədənə və ruha vurduğu ziyanı hamı bilir.İçki kimi,əsasən,etil spirtindən istifadə olunur.

İçkiyə başlamanın bir neçə səbəbi ola bilər.

Bioloji səbəblər.Atanın evliliyin ilk günündən və ananın hamiləlik dövründə içki qəbul etməsi nəticəsində və sinir sisteminin pozulması ilə uşaqlar bəzən anadangəlmə alkoqolik olur.
Ətrafla bağlı səbəblər.Davamlı içki içilən bir mühitdə yaşayan gənclər ya çevrədən,ya da valideynlərdən təsirlənərək içkiyə aludə olur.
Psixoloji səbəblər.Cəmiyyətin adət və ananalərini heçə sayan ailələrin uşaqlarına örnək ola bilməmələri də əsas səbəblərdən biridir.
Sosial səbəblər.Mənəvi duyğuları yüksək,din və ənənələrə bağlı toplumlarda içki halları yox dərəcəsindədir.Rifah halı,urbanizasiya-şəhərləşmə,sənayeləşmə və kütləvi çaxnaşmalar gənclərin alkoqol mübtəlası olmalarına səbəb ola bilər.
Dünya Səhiyyə Təşkilatının otuz ölkə arasında apardığı araşdırmaya görə,içkiyə aludəçilik cinayətlərin 85%-nə,yol qəzasının 61%-nə,namusa təcavüzün 80%-nə,zor tətbiqinin 50%-nə,yanğınların 16%-nə səbəb olur.
Eyni araşdırma alkoqol mübtəlası olanların olmayanlara nisbətən 16 dəfə artıq hər şeyini bərbad etdiyini,30 dəfə artıq zəhərləndiyini,58 dəfə artıq intihar etdiyini aşkar etmişdir.Ruhi xəstələrin 40-50%-ni,həbs edilənlərin 50%-ni alkoqoliklər təşkil edir.
İçki içilən ailələr yeni nəsillərə böyük zərər verir.Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə içki qəbul edən qadınındünyaya gətirdiyi uşağın çəkisinin normaldan aşağı olması 98%,dodaq və barmaqlarda anormallıq 95%,ruhi problemlər 89%,qüsurlu nitqi 80%,toxumalarda problemlər 80%,təcavüzkar əlamətlər 72%,hormonik və cinsi pozğunluq 46%,hissiat pozuqluğu 41%,otropedik xəsarət 33%,dəri və dırnaq xəsarəti 30%,ürək zəifliyi 29%,görmə zəifliyi 25% təşkil edir.

Nifrət hissi oyatma:Xəstəyə bəzi dərmanlar verilməklə ürək bulanmasına,içki verilməklə qusmasina və alkoqola qarşı nifrət hissinin oyandırılmasına çalışılır.

Psixoloji müalicə: Alkoqolik içkinin zərərləri ilə bağlı məlumatlandırılır.Bəlalardan qurtarmağın yolunun içməməyə bağlı olduğu fikri formalaşdırılmağa çalışılır.
Bu müalicə üsullarından başqa,hipnoz və sosio müalicələrdən də istifadə edilir.İçkini atmaq hər bir müalicə üsulu ilə yanaşı,insanın öz əzmi və iradəsi ilə həll olunan bir məsələdir.